SUS! - Şamil yazır

2023-01-15 17:51:00

SUS! - Şamil yazır

Azərbaycanın müstəqilliyinin elanının, nümayişlərin, etirazların, ümumiyyətlə o ərəfələrdə baş verən bütün siyasi hadisələrin mərkəzi Milli Məclis idi. Yəni o vaxtkı Ali Sovet.

15 başlı əgdaha”nın agzından hələ tam qurtulmadıgımız halda, gözlə görünən, qulaqla eşidilən, dillə deyilən, qəlblə hiss edilən, rusbaşların, çoxluq təşkil etdiyi sovetin alisi adını daşıyan, milli olmayan Məclisimizdə məhz həmin vaxtlar millətin xeyrinə necə qərarlar qəbul olunduğunu müstəqil Azərbaycanmızın yaranması subut edir.

Xalqın içindən çıxanların bəs qədər sayı olmasa da, xeyrimizə olan qanunların möhtəşəmliyini himnimizə qulaq asa-asa bayrağımıza nəzər salsaq, anlamaq olar.

Əksərinin kommunist qafasında qızılı rəngdə olmasına baxmayaraq, sovetdən ayrılmağın qərara alındığı o məkanda bu gün 3 rəngli bayrağımız altında oturan, soyu, kökü bizdən olan bizlər Azərbaycanımızın daima yaşaması, kökümüzün qurumaması naminə, gələcəyimizin asılı olduğu uşaqlarımızı yad bilib əl uzatmırsa, torpağımızdan çıxan dirilik suyu ilə onları suvarmısa, bu dövlətimizi quran dədələrimizə qayğı göstərmirsə, bolluca nemətlərimizlə onların deyil, lazımsızların qarnını doyurursa, işləmək istəyənə şərait yaradan bir qanun qəbul etmirsə, deyəlim edir, həyata keçirdə bilmirsə, nəyimizə lazim o məkan, niyə milli adlandırırıq belə olduqda bunu?!

Saxta seçiliblər, xalq seçməyib deyirik. Tutalım xalqa imkan verilməyib ki, öz adamını seçsin, bəs bunlar düşmən balasıdır ki?

Bunların atası, anası, bacısı, qardaşı, qızı, oğlu bu ölkədə yaşamır məgər? Bu millətdən deyillər?

Bizdəndirlər, özü də özbəöz, sadəcə biz millət olaraq yaxamızı kənara çəkib, “5-ci kolon” adı verib qınayırıq bunları,  özümüz seçdiyimiz halda...

Bəli! Qutuya tapşırılmış adı çox atan, çox çıxardan, çox sayan, tapşıran bizdən deyil ki? Onsuz da seçilən seçilib deyib, seçkiyə getməyən “itimin qurd dayısı, pişiyimin məstan xalasıdı”? Qoy seçilsin - bu cür düşünənlər necə? Bizik, vaxtilə yıxılmazı yıxanlar. Hardan, neca yarandı, kim yaratdı bizdə bu arxayınçılıgı, haqsızlığa göz yummağı, vətəni kiçildib evimiz boyda etməyi?! Yəni biz bu qədərmi cılızdaşdıq?

Nə vaxtsa rusbaşın lehinə qərar verməyi məcbur edən xalqımın, bu gün öz başının əleyhinə fitva verməsində günahı nədir  görəsən?

SUS: The Company that Transforms Aluminum

Susmaq!

Vaxtilə, bu rejimi alt-üst edəcəm deyib sinəsini güllənin qabagına verən, kücələrə milyonlar halında çıxan, gecə gündüz yatmayıb, mübarizə aparan, haykıran, səsiylə dünyanı lərzəyə gətirən, bu gün “əşi düzələn deyil” deyib, yorğanı üstünə çəkir, mitinq adı gələndə diksinir, “başını sal aşagı, işüvü gör” tövsiyəyisini verir balasına, yaxınınına, görəcəyi işin adının yaltaqlıq oldugunu bilə-bilə.

Səsini çıxartma, yaxınımız işindən olar, danışma tutarlar və s. və ilaxır. Bir sözlə SUS!

Susuruq, ama susduqca cılızdaşırıq, mütiləşirik, ucuzlaşırq, balaca səhvlərimiz böyüyüb dağ boyda olur, kiçik bildiyimiz dərdlər daha da böyüyür. Amma biz susuruq, sanki anlamırıq, yoxsa anlamazlıga vururuq, bilmirəm! Sanki razılaşmışıq bu yaşayışla.

Bir-iki dilinin altında mızıldayanlar var, mənim kimi.

Hə, əziz xalqım, məgər ki, belə yaşamaq istəyirsən, döşünə belə yatırsa, sənə belə xoşdursa, vızıltıları da dayandır.

Ürək bulandırmasınlar? Milçək deyillər ki?!

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.408674