“Sürücüm 80 azərbaycanlını daşla öldürüb” - Erməni heykəltəraş - VİDEO

2022-04-22 21:10:00

“Sürücüm 80 azərbaycanlını daşla öldürüb” - Erməni heykəltəraş - VİDEO

Erməni heykəltəraş Onik Kardaş ermənilərin Birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlılara qarşı vəhşiliklərindən danışıb.

Onik Kardaş bu barədə videobloqer Albert İsakova verdiyi müsahibəsində bəhs edib.

"Ermənilər Naxçıvanda iki azərbaycanlını qətlə yetirib. Sonra ermənilər bunu unutdular. Daha sonra isə müharibəyə qədər böyüyən münaqişə başladı. Mənim üçün çox təəccüblü olan siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi bir qrup şəxs rusiyalılarla danışıqlar aparmaq üçün İrəvana getdilər. Danışıqların məqsədi ondan ibarət idi ki, əgər rusiyalılar Qarabağla bağlı onlara kömək etsələr, ermənilər də Çeçenistanla və yaxud müsəlmanlarla digər müharibədə onlara kömək edəcəklər. Bu zaman rusiyalılar əhəmiyyətli dərəcədə kömək etdilər. Onlara silah, təyyarə ilə yardım göstərdilər. Ermənilər rusiyalılar olmadan özləri Azərbaycana qalib gələ bilməzdilər", - deyə Kardaş söyləyib.

Onun sözlərinə görə, Şuşada olduqda çox sayda silahlı şəxs görüb: "Mənim sürücüm oradan idi. Mən onu cangüdən adlandırırdım. O, 80 azərbaycanlını daş ilə öldürüb. Daşı götürürdü və onların başına zərbə endirirdi".

Qeyd edək ki, Onik Kardaş Livanda doğulsa da, Ermənistan və Qarabağda yaşayıb. Hazırda isə ABŞ-da yaşayır.

 

 

Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya