Sürücülük vəsiqəsi üçün imtahanı DİM keçirəcək?
2025-11-19 22:52:38
Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb.
Hurriyyet.Az xəbər verir ki, Baku.ws saytı məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.
"Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır", - deyə qurumun sözçüsü vurğulayıb.
