Sürücülərə ŞAD XƏBƏR: Bu tarixdən dəyişiklik qüvvəyə minir - VİDEO

2022-07-21 12:47:00

Sürücülərə ŞAD XƏBƏR: Bu tarixdən dəyişiklik qüvvəyə minir - VİDEO

2015-ci ildə icbari sığorta haqqında qanuna dəyişiklik edildi. Tətbiqi isə sığorta bazarına nəzarət edən quruma tapşırıldı. Bir müddət sonra isə bu məsələ birbaşa Mərkəzi Bankın səlahiyyələri çərçivəsində daxil edildi.

Hurriyyet.az xəbər verir ki, bu günlər məlum olub ki, icbari sığorta haqqında qanuna edilən dəyişiklik noyabr ayından tətbiq edilməyə başlayacaq.

Məhz noyabrın 1-dən yol nəqliyyat hadisələri zamanı zərərçəkən sürücülər usta seçimi kimi sığorta şirkətini özləri müəyyənləşdirə biləcək.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "ARB"-ə bildirib ki, bu günə qədər hər bir halda sığorta təmiantında təqsirkar sürücünün sığorta şirkəti ödəyirdi: "Lakin yeni qanunda deyilir ki, zərərçəkən sürücü təqsirkar sürücünün sığorta şirkətindən yox, özünün sığorta şirkətindən istifadə edə bilər. Bu o deməkdir ki, hər bir şəxs zərərçəkən olacağı təqdirdə rahat sığorta təminatı ala biləcək".

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000099