Saat:03:46
Haqqımızda

Sürücülərə PİS XƏBƏR: Bu maşınlar ölüm riski daşıyır

2024-09-14 22:58:37

Sürücülərə PİS XƏBƏR: Bu maşınlar ölüm riski daşıyır

Elektromobillərdə yanğınlar digər avtomobillərə nisbətən daha az baş verir, lakin belə yanğınları idarə etmək daha çətindir. Səbəb isə bu növ maşınların digərlərinə nisbətən daha tez alışması və yanğının daha sürətli yayılmasıdır. Belə hadisələr zamanı elektromobillərin söndürülməsi də çox çətin olur.

Bəs bu təhlükəni önləmək üçün sürücülər nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat vasitələrində ani alışma bir neçə səbəbdən ola bilər:

"Elektromobillərdə anidən alışmanın bir neçə səbəbi ola bilər. Birinci səbəb ondan ibarətdir ki, avtomobillərə sonradan edilən əlavə detallardır. Ümumiyyətlə məsləhət deyil ki, heç bir nəqliyyat vasitəsinə əlavə vasitələr edilsin. Bu, düzgün deyil. Hər hansı bir avadanlıq qoşulan zaman, bu avtomobil üçün əlavə yüklənmə yaradır".

Ekspert bu hallarla bağlı diqqət edilməli məqamlara aydınlıq gətirib:

"Yəni hər hansı bir işıq cihazları, səsgücləndiricilər quraşdırılan zaman maşının mühərrik və akkumulyator gücünə əlavə yük düşür. Belə olan təqdirdə qəza və yanğın riski artır. Akkumulyatorun düzgün seçilməməsi, nəqliyyat vasitəsi üçün nəzərdə tutulandan daha yüksək və ya aşağı gücdə olması da belə hallara səbəb ola bilər. Bu kimi hallar mütləq şəkildə nəzərə alınmalıdır". 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247513