Suriyanın yeni lideri ilk xarici səfərində hansı ölkəyə üz tutacaq?
Hurriyyet.az xəbər verir ki, "Yeni Şafak" nəşrinin məlumatına görə, Suriyaya hakimiyyətə gəlmiş qüvvələrin lideri Əhməd əş Şaraa ilk xarici səfərini Türkiyəyə edəcək. Səfərin yaxın zamanda baş tutacağı gözlənilir.
Qəzetin yazdığına görə, səfər bu günlərdə baş tutmalı idi, lakin proqram dəyişiklikləri səbəbindən yubandırılıb. Əş Şaraanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Bəşər Əsəd rejiminin devrilməsində dəstəyinə görə təşəkkür etməsi gözlənilir.
"Yeni Şafak" nəşri xatırladıb ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra dövlət səviyyəsində Dəməşqə səfər etmiş ilk xarici qonaq Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın olub. Ondan sonra isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya paytaxtına səfər edib.
Hürr Tərcüman