Saat:23:27
Haqqımızda

Suriyanın yeni hökumətindən İrana XƏBƏRDARLIQ: “Ölkəmizdə xaos yaratmaqdan çəkinin”

2024-12-25 10:42:36

Suriyanın yeni hökumətindən İrana XƏBƏRDARLIQ: “Ölkəmizdə xaos yaratmaqdan çəkinin”

Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani bu gün “X” hesabında paylaşım edərək İrana ölkəsində xaos yaratmaqdan və yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edib.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz Tehrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə də məsuliyyət daşısın”, deyə, XİN rəhbəri qeyd edib.

Bildirilib ki, bu, Bəşar Əsəd rejiminin süqutundan sonra Suriyanın yeni hökumətinin İrana və Tehranın Suriyadakı proseslərə yanaşmasına ən açıq-aydın və konkret xəbərdarlıqdır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247855