Saat:21:35
Haqqımızda

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirildi

2022-01-19 12:45:00

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri Suriyanın şimalında 7 nəfər terrorçunu zərərsizləşdiriblər. Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabındakı açıqlamasında Suriyanın şimalındakı “Barış bulağı” əməliyyatı zonasına müdaxilə eləməyə və hücuma hazırlaşan 7 nəfər YPG (PKK terror təşkilatının Suriyadakı şaxəsi) terrorçusunun neytrallaşdırıldığı bildirilir. 

Türkiyə Prezidenti R.T.Ərdoğanın açıqladığı kimi, PKK terrorçularının ilk dəfə cinayət törətdikləri 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın üzvləri Türkiyənin asayiş qüvvələrinin 7500 nəfər əməkdaşını və 6800 nəfər dinc sakinini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatlarının siyahısına daxil ediblər.

Ankaranın sülh razılaşması cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan etibarən silahlı hücumlarına davam edir.

Son illərdə PKK qanlı cinayətlərinə görə məsuliyyəti özünün regiondakı şaxələrinə yükləməyə çalışır.

PKK terrorçuları Suriyada PYD və YPG adları altında qruplaşıblar. Son iki il ərzində isə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda PJAK – “Kürdistanın azad həyatı partiyası” adı altında fəaliyyət göstərir.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR