Suriyanın limanlarında rusların sözü keçir – Əsədin Müdafiə nazirinin qarşısını kəsdilər

2022-08-02 16:41:00

Suriyanın limanlarında rusların sözü keçir – Əsədin Müdafiə nazirinin qarşısını kəsdilər

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Suriyada Rusiya Donanmasının qurulmasının ildönümü münasibəti ilə keçirilən tədbirdə hərbi salamlaşma zamanı Bəşər Əsəd hökumumətinin Müdafiə naziri əli Mahmud Abbasın Rusiya Donanmasının komandanı Nikolay Yevmenovla birlikdə addımlamaq istəməsinin qarşısının alınması diqqəti cəlb edib.

Rusiya Hərbi-Dəniz Donanmasının Baş komandanı admiral Nikolay Yevmenov Suriyanın qərbindəki Tartus liman şəhərinə səfər edib.

Admiral əsgərləri salamladığı zaman Suriyanın Müdafiə naziri irəli çıxmaq istəsə də, rus hərbçilər tərəfindən qarşısı kəsilərək buna imkan verilməyib.

2017-ci ildə isə Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı qırmızı xalçada onunla yanaşı addımlamaq istəyən Bəşər Əsədin qarşısını rus əsgərlər kəsmişdilər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055575