Saat:22:45
Haqqımızda

Suriyadan Türkiyə ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 3-ə çatıb - FOTO - YENİLƏNİB

2022-11-21 13:37:00

Suriyadan Türkiyə ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 3-ə çatıb - FOTO - YENİLƏNİB

“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb: “Həmçinin yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Yaralılarımızın müalicəsi isə davam edir".

S.Soylu bildirib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

***

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.


1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR