Saat:09:15
Haqqımızda

Suriyada müxalifət kəndləri ələ keçirir - 10 min sakin qaçqına çevrildi

2024-11-28 14:14:36

Suriyada müxalifət kəndləri ələ keçirir - 10 min sakin qaçqına çevrildi

Hurriyyet.az xəbər verir ki, Suriyada hökumət qüvvələri ilə müxalifətçilər arasında silahlı toqquşmalar baş verib. Döyüşlər davam edir.
"Anadolu Agentliyi"nin məlumatına görə, toqquşmalar noyabrın 27-də səhər saatlarında başlayıb. Döyüşlər nəticəsində "Heyyət Tahrir əş Şam" silahlı qruplaşması Hələb vilayətinin qərbindəki Kefer Besme kəndini,Akıl, Əl Raqib, Kuptan və Dabbabat yüksəkliklərini ələ keçirib, Hələbə doğru irəliləməyə davam edir.
Bu gün "CNN Türk" kanalı xəbər verib ki, səhər saatlarına doğru müxalifətin nəzarət altına aldığı məntəqələrin sayı 32-yə çatıb.
Müxalifət ilə hökumət qüvvələrinin toqquşması fonunda dinc əhali evlərini tərk etməyə və İdlib ətrafında sığınacaq axtarmağa məcbur olub. Təqribən 10 min nəfər sakin qaçqına çevrilib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.283582