Saat:15:10
Haqqımızda

Suriya Türkiyədə səfirlik açacaq

2025-11-14 10:32:11

Suriya Türkiyədə səfirlik açacaq

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ölkəsinin Türkiyədə səfirlik açmağı planlaşdırdığını və rəsmi Ankara ilə danışıqların davam etdiyini bildirib.
Böyük Britaniyada rəsmi səfərdə olan nazir Londondakı "Chatham House" analitika mərkəzində keçirilən "Yeni Suriya üçün xarici siyasət" adlı tədbirdə çıxışı zamanı deyib: "Əlbəttə Türkiyədə nümayəndəliyimizin və səfirliyimizin olması vacibdir. Çünki Türkiyə ilə xüsusi münasibətlərimiz var".
Hürr Tərcüman