Saat:16:04
Haqqımızda

Suriya qolu olan SDF Hələbdə mülki əhaliyə hücum edir: ölən və yaralananlar var

2025-12-23 12:39:52

Suriya qolu olan SDF Hələbdə mülki əhaliyə hücum edir: ölən və yaralananlar var

Hurriyyet.az xəbər verir ki, Hələbdə PKK terror təşkilatının Suriya qolu olan SDF mülki yaşayış məntəqələrinə artilleriya və minaatan hücumlar edir. Yerli mənbələrə görə, 2 mülki şəxs həyatını itirib, 13 nəfər yaralanıb.

Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində işğalını davam etdirən PKK/YPG terror təşkilatının Hələbdə mülki yaşayış məntəqələrinə minaatan hücumları həyata keçirdiyi bildirilir. Terror təşkilatı Hələb şəhər mərkəzindəki Cəmiliyyə, Suryan və Cisr Razi məhəllələrini, eləcə də kənd yerlərindəki Sabqa qəsəbəsini hədəf alıb. Hücumlar nəticəsində bəzi evlər yanıb. Hücumlardan sonra xalq daha təhlükəsiz hesab etdikləri ərazilərə köç etməyə başlayıb. Hadisələrdən sonra Suriya ordusunun Hələbdə PKK/YPG ilə təmas xətlərinə tanklar yerləşdirdiyi məlum olub.

NURAY