Saat:09:52
Haqqımızda

Suriya Kadırovun qohumlarından ibarət rus nümayəndə heyətini qəbul etməyib

2024-12-28 15:45:42

Suriya Kadırovun qohumlarından ibarət rus nümayəndə heyətini qəbul etməyib

Suriyanın yeni hakimiyyəti tərkibində Ramzan Kadırovun qohumlarının olduğu Rusiya nümayəndə heyətini qəbul etməkdən imtina edib.

Dəməşq Rusiya qoşunlarının çıxarılması ilə bağlı danışıqların bərpası müqabilində irimiqyaslı humanitar ərzaq tədarükü tələb edir. Ekspertlərin fikrincə, Rusiya fevral ayına qədər Suriyadakı kontingentini 90% azalda, Tartus və Xmeymimdəki bazaları qorumaq üçün minimum qüvvələr saxlaya bilər.

Yerli media Suriya qüvvələrinin Xmeymim aviabazasına gedən yolda nəzarət-buraxılış məntəqəsi qurduğunu bildirir. Qərb nəşrləri Rusiya texnikası və personalının yenidən Rusiyaya köçürülməsini təsdiqləyir.

Ülviyyə, Hurriyyet.az