Saat:15:22
Haqqımızda

Suriya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulur - Amerikanın rəhbərliyi altında

2025-11-12 11:32:00

Suriya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulur - Amerikanın rəhbərliyi altında

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Suriya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulur.
61 illik "Bəəs" rejiminin devrilməsindən sonra Suriya hökuməti ABŞ-nin rəhbərliyi altında 2014-cü ildə yaradılan İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulur.
Bu barədə Birləşmiş Ştatların Suriyadakı səfirliyi X şəbəkəsində məlumat verib. Səfirliyin açıqlamasında deyilir: "Bu, Suriya tarixində və qlobal terrorizmə qarşı mübarizədə dönüş nöqtəsi kimi əlamətdar bir məqamdır. Suriya İŞİD-i məğlub etmək üçün beynəlxalq koalisiyaya rəsmi şəkildə qoşulan 90-cı tərəfdaş oldu.
2014-cü ildə ABŞ-ın rəhbərliyi altında təsis edildiyi gündən bəri Beynəlxalq Koalisiya çoxsaylı ölkələrin iştirakı ilə Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar keçirib, lakin Suriya hökuməti rəsmən bu əməliyyatlara daxil edilməyib.
Hürr Tərcüman