Saat:00:56
Haqqımızda

Suriya hökumətində dəyişiklik gözlənilir

2025-03-27 16:37:11

Suriya hökumətində dəyişiklik gözlənilir

Hurriyyet.az TASS informsiya agentliyinə istinadla xəbər verir ki, martın 29-da Suriyanın müvəqqəti Prezidenti Əhməd Aş Şaraa yeni hökumətin tərkibini elan edəcək. Bu barədə "Əl Hadas" telekanalı məlumat verib.
Yeni Nazirlər Kabineti dekabrın 10-dan bəri Məhəmməd Əl Bəşirin rəhrbərlik etdiyi müvəqqəti hökuməti əvəz edəcək.
İndiki daxili işlər, xarici işlər və müdafiə nazirlərinin vəzifədə qalacaqları bildirilir.
Aş Şaraanın özünün Nazirlər Kabinetinə rəhbərlik edəcəyi gözlənilir. Martın 13-də qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən, bütün icra hakimiyyəti onun əlində cəmlənib.
Hürr Tərcüman