Sürətli inflyasiya: "Amerika xəyalı" məhv olur

2022-06-09 09:41:00

Sürətli inflyasiya:

ABŞ-da davam edən sürətli inflyasiya “Amerika xəyalı” düşüncəsinin məhv olmasına gətirib çıxarır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Foks Biznes”in aparıcısı Stüart Varni deyib.

“İnflyasiya “Amerika xəyalı”nı məhv edir. Sorğuda iştirak edənlərin yarısı həyat şərtlərini yaxşılaşdırmaq şanslarının az olduğuna inanır. ABŞ inflyasiya spiralına düşüb. Bahalaşma sürətlə gedir. Bir qalon (3.785 litr) benzinin qiyməti hər gün 4-5 sent artmaqdadır. Heç vaxt belə bir şey görmədim. Ötən əsrin 70-ci illərindəki inflyasiyanı da xatırlayıram. Lakin beləsi heç vaxt olmayıb”, - deyə aparıcı bildirib.

O, bu gedişatın Co Baydenin ilyarımlıq hakimiyyəti dövründə yaşandığına diqqət çəkib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya