Saat:22:33
Haqqımızda

Sürətlə faciəyə doğru, Rusiya təşviq edir, vətəndaşlar qaçır - Erməni mediasında təlaş

2022-01-27 22:23:00

Sürətlə faciəyə doğru, Rusiya təşviq edir, vətəndaşlar qaçır - Erməni mediasında təlaş

“Bu yaxınlarda dərc olunan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin rekord göstəricisidir (diaqrama bax). Ümumilikdə 2017-2021-ci illərdə demək olar ki, 153,8 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2% təşkil edir”.

Erməni mediası olan “news.am” ermənilərin ölkəni sürətlə tərk etməsi ilə bağlı məqalə dərc edib.

Məqalədə ermənilərin mühacirətə getməsinin əsas səbəbləri kimi kütləvi işsizlik və ya yaşayış səviyyəsinin həddən aşağı olduğu göstərilir. Ermənilərin ölkəni tərk etməsinin digər əsas səbəblərindən biri də Qarabağdakı 44 günlük müharibənin ağır nəticələri, ölkədə, xüsusən də onun sərhədyanı rayonlarında sonrakı gərgin vəziyyətlə izah olunur. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucbatından ailələrinin, xüsusən də uşaqların təhlükəsizliyindən qorxaraq vətənlərini tərk edirlər. Təbii ki, erməni sakinlərinin mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə, indi orada qanuni yaşamaq və işləmək hüququ əldə etmək imkanı, Qərb ölkələrindən qat-qat asan olduğundan əksəriyyət bu ölkəyə üz tutur. 

Məlumdur ki, Rusiya əlverişsiz demoqrafik dəyişikliklər səbəbindən əmək miqrantlarının axınını və immiqrasiyanı təşviq edir. Yəni Rusiyada “əhalinin qocalması” prosesi sürətlə gedir.

Ötən ilin əvvəlinə Rusiya əhalisinin dörddə birindən çoxu (25,2%) əmək qabiliyyətli yaşdan yuxarı idi.

“Əhalinin qocalması” prosesi Ermənistandan da yan keçməyib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistanda yaşı 64-dən yuxarı olan insanlar əhalinin ümumi sayında 10%-i ötüb. Bu da beynəlxalq normadan artıqdır. 

Təbii ki, imkan daxilində əmək qabiliyyətli yaşda olan mühacirlər valideynləri ilə birlikdə yola düşürlər. Lakin ailələrin mühacirətə getməsi halları var ki, bunlara yalnız əmək qabiliyyətli valideynlər və onların uşaqları daxildir. Gənc mütəxəssislər çox vaxt qanuni əsaslarla Qərb ölkələrinə mühacirət edirlər. Bu, həm də əhalinin “qocalması” prosesinə öz töhfəsini verir. Gələcəkdə bu amillər Ermənistanın demoqrafiyasına, sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək.

Mürtəza

Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR