Suraxanı sakini Daxili İşlər Nazirliyinə və rayon polis idarəsinə TƏŞƏKKÜR ETDİ

Valeh Cahangirov: "Əminəm ki, onların köməkliyi ilə hüquqlarım qorunacaq və nəticədə mənə məxsus olan torpağımı geri ala biləcəm"
Bu gün Hurriyyet.az-a müraciət edən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini Valeh Məhəmməd oğlu Cahangirov üzləşdiyi problemi diqqətdə saxladıqları və onun həllinə yardım edəcəklərinə dair vəd verdiklərinə görə Daxili İşlər Nazirliyinə və Suraxanı Rayon Polis İdarəsinə təşəkkür etdi.
Bir müddət öncə Yeni Suraxanı qəsəbəsində 4 sot torpaq aldığını, lakin indiyədək həmin torpağı faktiki əldə edə bilmədiyini deyən Valeh Cahangirov Daxili İşlər Nazirliyinə və Suraxanı Rayon Polis İdarəsinə müraciətindən sonra hüquqlarının bərpa olunacağına əmin olduğunu bildirib: "Yeni Suraxanı qəsəbəsində etibarnamə ilə 4 sot torpaq almışdım. Bir qədər sonra isə mənə verilən etibarnamə dələduzluq yolu ilə ləğv edilib. Bu səbəbdən də, yəni üzləşdiyim problemin həlli məqsədiylə Daxili İşlər Nazirliyinə müraciət etdim. Həm Daxili İşlər Nazirliyinin adını bilmədiyim əməkdaşları, həm də Suraxanı Rayon Polis İdarəsinin yetkili şəxsləri sağ olsunlar, onlara dərin təşəkkürümü bildirirəm. Əminəm ki, onların köməkliyi ilə hüquqlarım qorunacaq və nəticədə mənə məxsus olan torpağımı geri ala biləcəm".
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya