Saat:05:19
Haqqımızda

Suraxanı İcra Hakimiyyətinin əməkdaşları qazini döyüb? - Açıqlama - VİDEO

2022-05-25 15:58:00

Suraxanı İcra Hakimiyyətinin əməkdaşları qazini döyüb? - Açıqlama - VİDEO

44 günlük Vətən Müharibəsi qazisi, 3-cü qrup əlil Hikmət Əsgərov Suraxanı rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən döyüldüyünü iddia edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, hadisəyə səbəb qohumlarının ona hədiyyə etdiyi torpaq sahəsində ev tikməsi olub.

Məsələ ilə bağlı Suraxanı RİH ilə əlaqə saxladıq.

İH-dən Bakupost.az -a yayılan məlumatların yalan olduğunu bildirdilər:

“Əgər həmin şəxsin bununla bağlı faktı, şikayəti varsa, aidiyyəti qurumlara, məhkəməyə müraciət edə bilər. Bunlar sadəcə şər-böhtandır”.

Daha ətraflı videomaterialda:

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR