Süni zəka nəzarətdən çıxdı – ölənlər və yaralananlar var

2022-11-15 17:21:00

Süni zəka nəzarətdən çıxdı – ölənlər və yaralananlar var

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Çinin Çaoçjou şəhərində Tesla şirkətinə məxsus olan “Model-Y” avtomobilinin nəzarətdən çıxaraq sürətlə getməsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Çin polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Tesla sürücüsü avtomobili dayanacaqda saxlamağa çalışarkən, avtomobil qəflətən sürətlənib, əyləclərin işini dayandırıb. Avtomobil getdikcə sürətlənərək, qarşısına çıxan 2 motosikleti və 2 velosipedi vurub, ardından divara çırpılaraq dayanıb.

Motosiklet sürücüsü ilə velosipedi sürən litsey tələbəsi hadisə yerində həlak olublar. Digər motosiklet sürücüsü ağır yaralanıb. Avtomobilin özü istifadəyə yararsız vəziyyətə düşüb. Tesla rəhbərliyi təhqiqat aparan polisə hər cür yardım ediləcəyini bildirib. Qəza anı təhlükəsizlik kameralarına qeyd olunub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.118713