Saat:19:10
Haqqımızda

Süni qiymət artımının qarşısını necə almalı?

2024-04-12 21:31:06

Süni qiymət artımının qarşısını necə almalı?

Son zamanlarda bazarlarda və marketlərdəki qiymətlərdə bahalaşma müşahidə olunur.

Heç şübhəsiz ki, bəzi məhsulların qiyməti süni şəkildə artırılır. Əlbəttə ki, bu da bəzi “işbaz”ların əli ilə baş verir. Xüsusilə bayram ərəfəsində bahalaşmanın şahidi oluruq.

Lakin bayram ərəfəsində qiyməti yüksələn məhsulların əksəriyyəti bayramdan sonra da ucuzlaşmır. Bu isə alıcıları narahat edir.

Ümumiyyətlə, süni qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu gün bazarlarda meyvə-tərəvəzin qiyməti “od tutub yanır”:

"Hər gün qiymət dəyişikliyinin şahidi oluruq və insanları da bu qiymətlərə bir növ məcburən öyrəşdirirlər. Bəzən vitrinlərdə gördüyümüz qiymətin bir neçə gün sonra daha da bahalaşdığını görürük. Qiymətlərin yüksək olması isə sosial vəziyyəti ağır olanlar və işsizlər üçün çətin vəziyyət yaradır".

O bildirib ki, bəzi “işbaz"lar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar:

"Düzdür, bazarlarda rəqabət mühiti yaradılıb. Məhz biznes fəallığının qorunub saxlanılmasından istifadə edən sahibkarlar isə məhsulunu istədiyi qiymətə satır. Amma bu o demək deyil ki, sahibkar ürəyi istədiyi vaxt qiyməti süni şəkildə qaldıra bilər. Hesab edirəm ki, bunun qarşısı dövlət səviyyəsində alınmalı və qiymətlərə daimi nəzarət edilməlidir".

Ehtiram Mehdiyev qeyd edib ki, kəndlərdə kənd təsərrüfatı məhsullarının qiymətlər elə də baha deyil:

"Burada problem məhz “işbaz”ların bölgələrdən məhsulu ucuz qiymətə alıb, paytaxt bazarlarında yüksək qiymətə təklif etməsidir. Bu yaxınlarda bir sahibkarın tonlarla cücərmiş soğanın zibilliyə atdığını gördüm.

Belə sahibkarlar məhsulu vaxtında bazara ucuz qiymətə təklif etmək əvəzinə bir neçə ay saxlayıb daha baha qiymətə satmaq istəyirlər. Bunun qarşısını almaq üçün “Kənddən şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu məhsulları rahatlıqla əldə etsin". 

Elmir Mustafa 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.161909