Saat:22:06
Haqqımızda

Süni qar yağdırıldı

2025-12-05 18:21:38

Süni qar yağdırıldı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, xizək mövsümü ərəfəsində Qaraçay-Çərkəz Respublikasındakı Dombay kurortunda süni qar yağdırma sistemləri yerləşdirilib. Kurort rəhbərliyinin mətbuata verdiyi məlumata görə, mövsümün başlaması ərəfəsində Dombay xizək kurortunda əlverişli qış istirahətini təmin etmək üçün süni qar istehsalına başlanılıb. Bunun mənfi temperaturun davamlılığı sayəsində mümkün olduğu bildirilir. 
Kurortda dağ xizəyi mövsümü dekabrın 13-dən sonra başlanır.
Hürr Tərcüman