Süni intellektin QORXUNC TƏRƏFLƏRİ: İnsanın üzünü dəyişdirən “Deepfake” nədir? – İLGİNC FAKTLAR

2023-01-26 00:33:00

Süni intellektin QORXUNC TƏRƏFLƏRİ: İnsanın üzünü dəyişdirən “Deepfake” nədir? – İLGİNC FAKTLAR

Müasir dünyada elm və texnikanın yüksək səviyyədə inkişafı bir çox məsələlərdə insana yardım edir. Lakin bəzən müasir texnologiyanın düzgün formada tətbiq olunmaması bəşər övladına zərər verə bilir. Süni intellekt proqramlarını buna misal çəkmək mümkündür. Belə ki, baxdığımız hər görüntünün real olmadığı, insan simasının süni intellekt vasitəsi ilə dəyişdirilməsinin mümkünlüyü eşidənləri sözün əsl mənasında vahimələndirir. Ancaq bütün bunlar süni intellekt proqramları vasitəsi ilə mümkündür. Onlardan biri və bəlkə də ən məşhuru “Deepfake” proqramıdır.

Hurriyyet.Az xəbər verir ki, bu proqram vasitəsi ilə istənilən şəxsin simasını dəyişmək mümkündür. Məsələn, hər bir insan süni intellektdən istifadə edərək öz simasını dünyaca məşhur siyasətçilərin, biznesmenlərin və ya aktyorların üzü ilə dəyişə bilər. “Deepfake” proqramı vasitəsi ilə əldə edilən bu cür videoların sosial şəbəkələrdə əyləncə məqsədi ilə tez-tez istifadə olunduğu məlumdur. Ancaq pis niyyətli insanlar bu proqramdan öz cinayətkar məqsədləri üçün istifadə etdikdə nəticə heç də ürəkaçan olmur.

Belə ki, dövlət rəhbərlərinə və ya tanınmış şəxslərə qarşı istifadə olunan bu cür şantaj videoları ilə istənilən şəxsin özünü və ya karyerasını “məhv etmək” mümkündür. Məsələn sözügedən proqram vasitəsi ilə nəhəng dövlətlərin rəhbərlərinin simasına çevrilmək və onların adından propaqanda xarakterli videolar çəkərək paylaşmaq olar ki, bu da dünyada anarxiya və müharibələrə qədər gətirib çıxara bilər. Rəqəmsal silah kimi istifadə olunan bu cür proqramlar vasitəsi ilə istənilən insana heç vaxt demədiyi sözləri söylətmək, fırıldaqçılıq, təhdid və şantaj xarakterli addımlar atmaq olar.

Qeyd edək ki, bir zamanlar tanınmış aktyor Morqan Frimanın saxta videosu məhz bu cür yayılıb. Hətta Ukrayna müharibəsinin gedişinə təsir edəcək video da məhz “Deepfake” proqramı vasitəsi ilə hazırlanıb. Belə ki, prezident Volodimir Zelenskinin adından Ukrayna hərbçilərinə “təslim olun” çağırışı edilib. Bu saxta video yayıldıqdan sonra ukraynalı döyüşçülər arasında əməlli-başlı təlaş yaradıb. Lakin sonradan videonun saxta olduğu və Rusiya tərəfindən hazırlandığı üzə çıxıb.

Mütəxəssislərin fikrincə, gələcəkdə insanın sadəcə üzünün deyil, onun hərəkətlərinin, digər bədən üzvlərinin də oxşadılması süni intellekt vasitəsilə mümkün olacaq. Ona görə də, bəzi dövlətlər bu proqramların yaratdığı təhlükənin qarşısını almaq üçün müəyyən addımlar atır. Belə ki, ABŞ-ın bəzi ştatlarında (Virciniya və Kaliforniya) “Deepfake”dən qanunsuz istifadəyə görə, 1 ilə qədər həbs cəzası verilir. Hazırda Türkiyədə də  bu istiqamətdə qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Mənbə: KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143087