Süni intellekt və robotların YOX edəcəyi 9 peşə – Kimlər işsiz qalacaq?
Süni intellekt və robotlara artan tələbat, texnoloji inkişafın əmək bazarına necə təsiriə edəcəyi məsələsini aktuallaşdırır.
Türkiyə mediası süni intellekt və robotların məhv edəcəyi 9 peşəni açıqlayıb.
Məqalədə süni intellekt inqilabının artıq burada olduğu, həyatımızı kökündən dəyişməyə hazırlaşan bu texnologiyanın ofis işlərini aradan qaldırmaqdan tutmuş, həkimlərin yerini almağa, Hollivudu yenidən formalaşdırmağa qədər bir çox sahəni sarsıdacağı qeyd olunub.
Belə ki, gələcəkdə bizi heç kimin yeni dil öyrənməyə ehtiyac duymadığı bir dünya, xəstəlikləri həkimlərdən daha yaxşı diaqnoz edən robotlar və tamamilə süni intellektlə yaradılmış kino ulduzlarının gözlədiyi iddia olunur.
Bəs hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir?
Süni intellekt və robotların birdəfəlik silə biləcəyi 9 peşə bunlardır:
1. Ofis İşləri;
İnsanların masa arxasında oturub, gördüyü işləri süni intellekt edəcək.
- İnsan resurslarından maliyyə sektoruna qədər hər sahədə robotlar məlumatları analiz edir, işə qəbul qərarları verir və müştəri xidmətlərində insanları əvəz edir.
- Chatbotlar və virtual köməkçilər artıq müştəri xidmətlərində insanlardan daha effektivdir.
Bununla da ofis işləri azalacaq, şirkətlər daha az işçi ilə daha çox iş görəcək. İşə gedib-gəlmək problemi aradan qalxmaqla yanaşı, milyonlarla insanın işsiz qalma ehtimalı var.
2. Həkimlər;
- IBM-in Watson-u və Google-un DeepMind-ı kimi sistemlər xəstəlikləri daha sürətli, dəqiq və ucuz diaqnoz edə bilir.
- Robotlar daha dəqiq əməliyyatlar aparır və xəstəlikləri erkən mərhələdə aşkarlayaraq səhiyyə sistemini dəyişir.
Beləliklə səhiyyədə səhv ehtimalı azalacaq. Həkimlər isə daha çox insan münasibətləri və psixoloji dəstək tələb edən rollara keçəcək.
3. Hollivud və Film Sənayesi;
- Süni intellektlə yaradılan filmlər, ssenarilər və aktyorlar artıq həyatımıza daxil olub.
- Deepfake texnologiyası və OpenAI-nin video modelləri yaşlanmayan, şikayət etməyən və yüksək maaş istəməyən rəqəmsal aktyorlar yaradır.
Beləliklə ənənəvi aktyorlar və ssenaristlər iş tapmaqda çətinlik çəkə bilər.
4. Dil maneələri;
- Süni intellekt dəstəyi ilə universal tərcüməçilər yeni dil öyrənmə ehtiyacını aradan qaldıracaq.
- Real vaxtda səs tərcüməsi ilə istənilən dildə ünsiyyət mümkün olacaq.
Bu isə tərcümə proqramları və peşəkar tərcüməçilərə tələbatı yox edə bilər.
5. Fosil Yanacaqları;
- Süni intellekt günəş, külək və nüvə enerjisinə keçidi sürətləndirir.
- Təmiz enerji daha ucuz və effektiv olur, kömür və qaz isə tarixə qarışır.
Nəticədə enerji sektorunda böyük dəyişikliklər olacaq. Buna görə də neftlə zəngin ölkələr yeni iqtisadi modellər tapmalıdır.
6. Təhsil;
- Süni intellekt müəllimləri daha sürətli, ağıllı və səbirli olur.
- ChatGPT, Khan Academy AI və Google-un AI müəllimləri fərdi və əyləncəli təhsil imkanı yaradacaq ki, bu, ənənəvi məktəb və siniflərin əhəmiyyətini itirməsi ilə nəticələnə bilər.
Təhsil hər yerdən əlçatan və fərdiləşdirilmiş olacaq.
7. Hökumətlər;
- Süni intellekt korrupsiyanı, səmərəsizliyi və pis qərarları aradan qaldıra bilər.
- AI məlumatları analiz edir, böhranları öncədən proqnozlaşdırır və qərəzsiz qərarlar verir.
- Daha məntiqli və obyektiv siyasi qərarlar mümkündür.
- AI dəstəyi ilə demokratiya mümkündür.
- Amma tam nəzarəti AI-ya vermək? Bu, böyük mübahisə mövzusudur.
8. Evsizlik və Yoxsulluq;
- Süni intellekt və avtomatlaşdırma əsas ehtiyacları hər kəs üçün əlçatan edə bilər.
- Ağıllı evlər, avtomatik qida istehsalı və AI dəstəyi ilə səhiyyə yoxsulluğu azalda bilər.
- Ümumi Əsas Gəlir (UBI) işsizliyin artması ilə zəruri ola bilər.
Bir sözlə, AI yoxsulluğu aradan qaldıra bilər. Amma bu, hökumətlərin və şirkətlərin AI-dan necə istifadə etməsindən asılıdır.
9. Cinayət və Polislik;
Süni İntellekt hər şeyi izləyir.
- Üz tanıma, qabaqlayıcı polislik və AI dəstəyi ilə təhlükəsizlik sistemləri artıq mövcuddur.
- Gələcəkdə AI cinayətləri baş vermədən əvvəl proqnozlaşdıra bilər – “Minority Report” filmindəki kimi.
Nəticədə cinayət səviyyəsi azala bilər. Amma bu, məxfilik və azadlıqların azalması bahasına başa gələ bilər.
Bu siyahı texnoloji dəyişikliklərin əmək bazarını necə formalaşdırdığını göstərir. Əgər bu sahələrdən birində çalışırsınızsa, bacarıqlarınızı inkişaf etdirmək, yeni biliklər qazanmaq və gələcəyə uyğunlaşmaq üçün indidən hərəkətə keçmək vacibdir.
Unutmayın, dəyişiklik həm risk, həm də fürsətdir.
Bəs sonra nə olacaq?
Süni intellekt və robotlar dünyanı geri dönüşü olmayan şəkildə dəyişdirir. Bəzi dəyişikliklər qorxuducu görünsə də, eyni zamanda inanılmaz imkanlar da yaradır. Uyğunlaşanlar qazanacaq.
Tək sual budur: Bu gələcəyə hazırıqmı?
@ BakuPost
