Süni intellekt klubların Avropa Liqasındakı sıralamasını təxmin etdi
2024-09-01 20:32:06
Simulyasiya nəticələri və "Elo" reytinq sistemi UEFA Avropa Liqasında liqa mərhələsində klubların sıralamasını təxmin edib.
"Qarabağ" bu siyahıda 18-ci yerə layiq görülüb. Kompüter Türkiyə klublarından "Qalatasaray"ı 1-ci, "Fənərbağça"nı 16-cı, "Beşiktaş"ı isə 31-ci pillədə yerləşdirib.
Liqa mərhələsini ilk 8 yerdə başa vuran komanda 1/8 finala vəsiqə əldə edəcək. 9-24 yerlərdə qərarlaşan komandalar pley-offda çıxış edəcək. Pley-offda liqanı 9-16 və 17-24 yerlərdə bitirən komandalar üz-üzə gələcək. 24-cü pillədən aşağıda qərarlaşan komandalar isə Avropa Liqası ilə vidalaşacaq. \\offsideplus.az