Saat:07:58
Haqqımızda

Sumqayıtlılar rekordla futbolu sevdiklərini sübut etdi - YAZI

2024-04-29 20:56:24

Sumqayıtlılar rekordla futbolu sevdiklərini sübut etdi - YAZI

Ötən gün Azərbaycanın əhalisinə görə 2-ci ən böyük şəhərində mövsümün tamaşaçı rekordu qırıldı.

Paytaxt Bakıdan cəmi 29 kilometr uzaqda yerləşməsinə baxmarayaq, "Gənclik şəhəri" adlanan Sumqayıt bir daha futbola necə ac olduğunu sübut etdi. Mehdi Hüseynzadə adına stadionun açılışına qədər yer çatışmazlığından oyunları ayaq üstə hasar arxasından izləyən azarkeşlər, dünən rahatlıqla öz biletlərini alaraq doğma komandalarının matçına şahidlik etdi. Çempionluğunu təmin etmiş “Qarabağ”ın “Molde”, “Braqa”, “Bayer 04”lə görüşlərdə meydana çıxdığı heyətlə oynaması, qarşılaşmaya bir qədər də maraq qatdı. Avrokuboklara vəsiqə qazanmaq uğrunda gərgin mübarizə aparan “Sumqayıt” ilk hissəni nisbətən müdafiə olunmaqla keçirsə də, fasilədən sonra 9300 azarkeşin möhtəşəm dəstəyi ilə oyunda hesabı açmağı bacardı. Qoldan sonra ağdamlılar bütün komanda ilə irəli atılsa da, “kimyaçılar”ın müdafiəçiləri, “Qarabağ” futbolçularının şansızlığı və hakimin verdiyi düzgün qərarlar “Gənclik şəhəri” təmsilçisinə vacib 3 xalı qazandırdı.

İnanırıq ki, “kimyaçılar”a növbəti ev oyunlarında da, ən azı bu qədər sayda tərəfdaş “Böyük şəhərin tək komandası”nı Konfrans Liqasına gedən yolda layiqincə dəstək duracaq… \\Offsideplus.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194872