Sumqayıtda yanğın zamanı zərərçəkənlərin sayı AÇIQLANDI
2022-04-29 10:30:00

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır: "Həyatları üçün heç bir təhlükə yoxdur: "Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub".
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya