Saat:11:23
Haqqımızda

Sumqayıtda it dişləyən uşaqlardan birinin vəziyyəti ağırdır

2025-04-10 12:38:41

Sumqayıtda it dişləyən uşaqlardan birinin vəziyyəti ağırdır

Sumqayıtda it dişləyən uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bakupost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

“Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Sumqayıtda bağçadan çıxan uşaqlar itlərin hücumuna məruz qalıblar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166636