Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

2022-11-18 19:36:00

Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparılıb. Nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır. Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.110447