SUMQAYITDA GÜLLƏLƏNƏN FƏRƏCOV MÜSAVATIN FƏALI OLUB - Polis əməkdaşı da yaralanıb + VİDEO (Yenilənib)

“Dünən gecə Corat bağları yaşayış maasivində öldürülən Dağbəyi Fərəcov Müsavat partiyasının üzvü olub”.
Hurriyyet.az xəbər verir ki, bu barədə adıçəkilən partiyanın başqan müavini Fərəc Kərimli sosial şəbəkədə məlumat verib.
“Bu gün səhər saatlarında Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovun evinə silahlı hücum edilərək dəhşətli cinayət törədilib. Dağbəyi Fərəcovun Corat bağları yaşayış massivində yerləşən evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzana Fərəcovanın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb”, - qeyd edib.
F.Kərimlinin sözlərinə görə, qonşuluqda yaşayan və sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyərkən onlar da xəsarətlər alıblar.
***
Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.. APA xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüb.
İlkin məlumata görə yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.
Hadisə yerindən videonu təqdim edirik:
***
Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat ve riləcək.
***
Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin adları məlum olub.
Məlumata görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.
Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.
Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.
***
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.
Məlumata görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcova ağır yaralanıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir..
azpolitika.info
