Saat:13:47
Haqqımızda

Sumqayıtda bazar yandı - FOTO

2024-02-02 10:26:40

Sumqayıtda bazar yandı - FOTO

Sumqayıtda yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb.

Daha sonra yanğın mağazanın qarşısında park halında olan "Mercedes" markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır. 

APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR