Sumqayıtda ailə üzvləri zəhərləndilər: Biri azyaşlıdır
2024-11-13 10:27:30
Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib.
Hurriyyet.az xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (APA)