Saat:03:33
Haqqımızda

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

2024-09-20 20:44:02

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi  idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. 

Hurriyyet.Az bildirir ki, Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci  maddəsinə görə  mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovun icraatındadır. 

Sadiq İsbəndərli

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.007245