“Sumqayıt” “Neftçi”dən ayrılan futbolçu ilə ANLAŞDI
2025-09-03 22:53:04
"Sumqayıt" heyətini daha bir transferlə gücləndirib.
Hurriyyet.Az Bizim.Media istinadən xəbər verir ki , "kimyaçılar" sabiq futbolçusu Höccət Haqverdi ilə anlaşıb.
Təcrübəli müdafiəçi ilə uzun sürən danışıqlar müsbət nəticə verib.
32 yaşlı arxa xətt 2021-23-cü illər aralığında Sumqayıt təmsilçisinin formasını geyinib. Son iki mövsümü ölkəmizdə "Neftçi"də keçirən Höccət həm də milli komandamızın üzvüdür.
