Saat:03:33
Haqqımızda

Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac

2024-04-19 14:18:25

Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac

Hazırda Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac müşahidə olunur. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a tıxacda qalan sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhərinin girişindən başlayan tıxac Ceyranbatan qəsəbəsinə qədər uzanır. Bir saatdan çoxdur yüzlərlə nəqliyyat vasitəsi hərəkətin təmin edilməsini gözləyir. Hazırda 4 zolaqlı yoldan yalnız birində avtomobillərin hərəkəti mümkündür. 

Tıxacın yolda aparılan təmir səbəbiylə yarandığı bildiirlir. Müvafiq dövlət qurumunun şosse yolunda təmir işlərinə başlaması nəqliyyatın hərəkətini çətinləşdirib. 

Nəqliyyatın hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.276259