Saat:01:07
Haqqımızda

Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb?

2024-09-20 09:45:01

Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb?

“Sumqayıt-Bakı qatarının 28 dəqiqə gecikməsinə səbəb qapıların bağlanmaması olub”.

Hurriyyet.az xəbər verir ki, bu açıqlamanı oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

“Qatarda hər hansı nasazlıq olmayıb. Qatarlar xəttə çıxmadan əvvəl mütləq qaydada texniki baxışdan keçirilir.

Səhər saatlarında sərnişinlərdən biri qapının bağlanmasına maneə yaratdığı üçün qatar dayanmalı olub. Çünki, təhlükəsizlik baxımından qapılar kip örtülmədiyi halda qatar hərəkət edə bilməz”, – deyə S. Nəzərova qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214991