Saat:23:51
Haqqımızda

Sülhməramlıların rotasiyası: Qarabağdan hərbi texnikanı bu yolla çıxarırlar

2023-11-01 12:30:16

Sülhməramlıların rotasiyası: Qarabağdan hərbi texnikanı bu yolla çıxarırlar

Sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır, hərbi texnika planlı təmir üçün Rusiyaya göndərilir.

Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır:

Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir: 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür;

İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir: sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir; çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat antiterror tədbirləri zamanı ələ keçirilənlərdir.

Asif Nərimanlı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.650488