Saat:20:42
Haqqımızda

“Sülhməramlıların nəzarət etdiyi ərazilərdə çox mürəkkəb proseslər gedir” - Azərbaycan nə edəcək?

2023-09-07 10:04:47

“Sülhməramlıların nəzarət etdiyi ərazilərdə çox mürəkkəb proseslər gedir” - Azərbaycan nə edəcək?

“Müharibənin olmaması üçün əlimizdən gələni edəcəyik. Çalışacayıq ki, irimiqyaslı qarşıdurma olmasın. Amma olarsa, bu Ermənistanın faciəsi ilə nəticələnəcək”.

Hurriyyet.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, İrəvan israrla yeni qarşıdurmalara hazırlaşır ki, bu da regionda təhlükəsizlik üçün ciddi təhdiddir:

“Ermənistanın davranışlarına diqqət yetirsək görərik ki, İrəvan bölgədə yeni qarşıdurmaya hazırlaşır və Azərbaycanı bu qarşıdurmaya cəlb etmək üçün əlindən gələni edir. Separatçıların aktivliklərini artırması, Ermənistanın təmas xəttinə mütəmadi şəkildə canlı qüvvə və hərbi texnika cəlb etməsi, davamlı təxribatlar həyata keçirməsi və s. bundan xəbər verir. Bu gün Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə çox mürəkkəb proseslər gedir ki, bu da bizi haqlı olaraq narahat edir. Bütün faktlar ermənilərin yeni təxribatlara, terror aktlarına hazırlaşdığını göstərir. Lakin Ermənistan bilməlidir ki, təxribatlara cavabımız sərt və qətiyyətli olacaq. Yeni bir qarşıdurma separatizmin qalıqlarının tam olaraq məhv edilməsi, Azərbaycan üçün təhdid təşkil edən bütün təhlüklələrin aradan qalxması ilə başa çatacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192084