"Sülhməramlıların bu hərəkətini alçaldıcı hesab edirəm" - Stepanyan - FOTO

2023-01-21 23:42:00

“Mən bunu qəbuledilməz və alçaldıcı hesab edirəm”.

Hurriyyet.Az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “hüquq müdafiəçisi” Qeqam Stepanyan Facebook səhifəsində yazıb.

“Hazırkı şəraitdə müxtəlif strukturların, o cümlədən Rusiya sülhməramlı qoşunlarının nümayəndələrinin ictimaiyyətə, hamilə qadınlara və uşaqlara yardım göstərməsi alqışlanır.

Ancaq insanların, xüsusən də uşaqların üzü açıq şəkildə göstərilir. Fotoların yayılmasını yolverilməz hesab edirəm. Qarabağ əhalisi üçün verilən yardımı manipulyasiya etmək və onları yazıq kimi istifadə etmək ən azı alçaldıcı hesab olunur. Bununla bağlı “insan hüquqları institutu”na da çoxlu şikayətlər daxil olub.

Mən bütün yardım təşkilatlarını, şəxsləri, eləcə də sülhməramlıları insanların şəxsi toxunulmazlıq və ləyaqət hüququna hörmət etməyə çağırıram. Və bu cür fotoşəkilləri paylaşmaqdan çəkinməyi məsləhət görürəm”, – deyə o bildirib.

 

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142838