“Sülhməramlılar olmasa, necə olacaqdınız?” – Moskvadan Paşinyana suallı cavab
2022-12-29 15:02:00

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Mariya Zaxarova brifinqdəki çıxışı zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilmiş rusiyalı sülhməramlıların fəaliyyətinin tənqid edilməsinin yolverilməz olduğunu bəyan edib. Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhməramlıları tənqid eləməsi barəsində mövqeyini bildirərkən söyləyib: “Sülhməramlılar ərazidə vəziyyətin nizamlanması və Laçın dəhlizindəki vəziyyətin yaxşılaşdırılması üçün hər şeyi edirlər. İctimai məzəmmət işə kömək eləmir. Kimsə məsuliyyətlə deyə bilərmi: sülhməramlılar olmasa daha yaxşı olacaqdı? Cavab aydındır”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya