Saat:10:02
Haqqımızda

“Sülhməramlılar nəhayət ki, öz vəzifələrinin icrasına başladı” – Hərbi ekspert

2021-10-04 12:50:00

“Sülhməramlılar nəhayət ki, öz vəzifələrinin icrasına başladı” – Hərbi ekspert

“Daha əvvəllər də xidməti müddəti başa çatan Ermənistan hərbiçilərinin Qarabağ ərazisindən çıxarılması barədə məlumatlara rast gəlinib. Onları əvəz edəcək yeni həqiqi hərbi xidmətə çağırılanlar isə Qarabağa buraxılmırdı”.

Hurriyyet.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

O, son hadisəyə – Ermənistanda məzuniyyət müddəti bitdikdən sonra xidməti yerlərinə, yəni Qarabağda yerləşən hərbi hissələrə qayıtmaq istəyən erməni hərbçilərini rus sülhməramlılarının dayandırması faktını şərh edib. 

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi həmin hərbçilərlə bağlı cinayət işi açılıb və əsgərlər həbs olunublar. 

Ədalət Verdiyev qeyd edib ki, müharibə başa çatdıqdan sonra gənc çağırışçıların Qarabağa buraxılması ilə bağlı heç bir məlumatlara rast gəlmirik, lakin son hadisə isə sülhməramlılara başucalığı gətirən durumdur:

“Əgər belə bir hadisə baş veribsə, o zaman sülhməramlıların, nəhayət ki, öz funksiyalarını birgə bəyanatın şərtlərinə uyğun yerinə yetirməyə başladıqlarını və ya ən azından buna ilkin işarəni görürük. Rusiya sülhməramlıları 11 aydan sonra, gec də olsa, konkret vəzifələrinin nədən ibarət olduğunu anlayıblarsa, bu, alqışalanacaq bir addımdır və davamlı olması arzu olunur”.

Hərbi ekspertin sözlərinə görə, bölgədə cərəyan edən prosesləri bundan sonra daha diqqətlə izlənilməlidir:

“Həm də nəzərə almalıyıq ki, sülhməramlıların hazırki komandanı Gennadi Anaşkin vəzifəsinə yaxın günlərdə təyin olunub. Bu təyinatın hansı məqsədlə edilməsindən asılı olmayaraq, ortada imzalanan üçtərəfli birgə bəyanat var və orada konkret olaraq yazılıb ki, bölgəyə daxil olmasıyla, qanunsuz erməni silahlı birləşmələri sülhməramlıların nəzarət edəcəyi ərazilərdən çıxarılmalıdır. Bu prosesi digər komandanlar məhdud şəkildə yerinə yetirirdilər.

Rüstəm Muradov yalnız Kəlbəcər, Laçın və Ağdamdan erməni silahlılarını çıxardı, digər ərazilərdə erməni silahlıları qaldı. Mixail Kosobokov isə qısa müddətdə yalnız Ağdərə istiqamətindəki mövqelərdən qanunsuz erməni silahlılarını çıxarmaqla kifayətləndi. Amma Gennadi Anaşkin müsbət addım atıbsa, deməli, yaxın 6 aydan sonra Qarabağ ərazisində Ermənistandan gələn çağırışçı heyət qalmayacaq. Deməli, hazırda 25 min nəfərdən ibarət erməni hərbi birləşmələri sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinin bütün perimetrini qorumağa qabil deyil”.

“Sülhməramlılar nəhayət ki, öz vəzifələrinin icrasına başladı” – Hərbi ekspert

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR