“Sülh müqaviləsinin bağlanması ərəfəsində gərginlik yarana bilər” - Rusiyalı ekspert

2023-01-03 14:52:00

“Sülh müqaviləsinin bağlanması ərəfəsində gərginlik yarana bilər” - Rusiyalı ekspert

"Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması ərəfəsində gərginlik yarada bilər".

Hurriyyet.az xəbər verir ki, bunu "Valday" Beynəlxalq Diskussiya Klubu İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski bildirib.

“Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar verirlər. Eyni zamanda, bütün bu bəyanatlardan sonra müqaviləyə əsaslı hazırlıq barədə bəyanatlar gəlir, ona görə də siyasi ritorikanı işlərin real vəziyyətindən ayırmaq həmişə asan olmur”.

A. Bıstritski xatırladıb ki, əvvəlki illərdə az-çox fundamental sazişin bağlanması ilə bağlı danışıqlar gedəndə tərəflər danışıqlarda mövqelərini gücləndirmək üçün bir-birlərinə qarşı təxribat xarakterli bəyanatlar da verirdilər.

“Mən belə xətti danışmazdım. Yəni Ermənistanla Azərbaycan arasında yeni münaqişənin yaranma ehtimalı haqqında. Hər zaman risklər var, biz bunu 2020-ci ildə görmüşük, lakin hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar ekstremal haldır”, - deyə ekspert qeyd edib.

Bundan əvvəl ABŞ-ın "Foreign Policy" nəşrinin ekspertləri Azərbaycan və Ermənistan arasında yeni müharibənin qısamüddətli, lakin 2020-ci ilin 44 günlük münaqişəsindən heç də az dramatik olmadığı fikrini ifadə ediblər.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154023