"Sülh müqaviləsində Qarabağın adı var, amma..." - Ermənistan Təhlükəsizlik Şurasının katibi

2023-02-14 19:47:00

“Sülh müqaviləsində Qarabağın adı var, amma bu, yekun sənəd deyil”.

Hurriyyet.Az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, sülh müqaviləsində Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun deyil.

“Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun sənəd deyil, danışıqlar gedir. Mən başa düşürəm ki, ictimaiyyət müəyyən şeylər gözləyir. Lakin bizi müəyyən dərəcədə başa düşməyimizi gözləyirik. Bu, danışıqlar prosesidir və hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə yoxdur”, – deyə Qriqoryan əlavə edib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan tərəfi sülh sazişinin aydınlaşdırılması üzərində işləyir.

“Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılmalıdır. İndi erməni tərəfi sülh mətni üzərində işləyir. Mətn ən qısa zamanda hazır olacaq və Azərbaycana veriləcək”, – o deyib.

QriqoryanQarabağın “status”unun gündəmdən kənarda olub-olmaması və söhbət yalnız hüquq və təhlükəsizlikdən gedir sualına yarımçıq cavab verib:

“Beynəlxalq təminatlar varsa, o zaman təhlükəsizlik və hüquqlar da olacaq”. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.246846