Saat:07:00
Haqqımızda

“Sülh müqaviləsində “Artsax” sözü olmamalıdır” - Simonyan

2022-10-05 09:05:00

“Sülh müqaviləsində “Artsax” sözü olmamalıdır” - Simonyan

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın fikrincə Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin mətnində “Artsax” (Qarabağ-red) sözü olmamalıdır. Simonyanın sözlərinə görə müstəqilliyini əldə edəndən bəri Ermənistanın qonşularına ərazi iddiaları olmayıb və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Elə bir sənəd yoxdur ki, mən orda nəyinsə olub, nəyinsə olmamasını deyə bilim. Amma gəlin bir məsələni dəqiqləşdirək: Ermənistan Respublikasının qonşu ölkələrə heç vaxt ərazi iddiaları olmayıb və söhbət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən gedir”.

Azatutyunun “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa Dağlıq Qarabağ öz müqəddəratını müəyyən etmək hüququnu itirə bilərmi” sualına spiker belə cavab verib:

“Biz bir-birimizin ərazi büytövlüyünü hələ 1991-ci ildə tanımışıq və sonralar da imzalanmış sənədlər var ki, biz orda da bir-birimizin ərazi bütövlüyünü tanımışıq. Ermənistan Respublikasının müstəqillik əldə edəndən bəri heç vaxt ərazi iddiaları olmayıb. Söhbət Artsax (Qarabağ-red) xalqının öz müqəddaratını müəyyən etməsi hüququndan gedib. Bunlar hüquqi məsələlərdir və mən düşünmürəm ki, “Artsax” sözü Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə daxil edilməlidir və ya edilə bilər. Bu mənim şəxsi rəyimdir və düşünürəm ki, həmkarlarım da bu rəyi bölüşürlər”.

Azatutyun yazır ki, Qarabağ separatçılarının oktyabrın 3-də keçirilmiş iclasında onların lideri Araik Arutyunyan demişdi ki, onlar Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə almayan bütün sənədləri qəbuledilməz hesab edirlər.

Bundan əvvəl ötən həftə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıya bilər və tanımalıdır və Qarabağ məsələsi sülh müqaviləsindən ayrı olmalıdır.

Paşinyan bunu da demişdi ki, “Qarabağ məsələsi üzrə əsas danışıqçı Qarabağ olmalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR