Saat:09:55
Haqqımızda

Süleyman Soylu Azərbaycan vətəndaşlarına qadağa qoydu

2023-05-24 14:01:00

Süleyman Soylu Azərbaycan vətəndaşlarına qadağa qoydu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan vətəndaşlarına viza verilməsinə qadağa qoyub. Məlumata görə, Türkiyədə 3 aylıq vizasız səyahət haqqı olan Azərbaycan vətəndaşları turistik viza almaq üçün Türkiyə Miqrasiya İdarəsinə müraciət etdikləri zaman onlara 10 gün ərzində ölkəni tərk etmək və 6 ay ərzində Türkiyədən turistik viza almamaq qadağası tətbiq olunur.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət etdik. Səfirlikdən verilən məlumata görə, viza işləri “Safe Visa” şirkətinə həvalə olunduğu üçün səfirlik bu məsələrlə bağlı hər hansı açıqlama verə bilməz. Sözügedən şirkətdən saytımıza verilən məlumatda isə Azərbaycan vətəndaşlarının turistik vizasının 3 aydan 1- ilədək uzadılmasına Türkiyənin Daxili İşlər nazirliyindən qadağa qoyulduğu bildirilib. Müraciət edən vətəndaşlara sözügedən viza növünə görə ləğv cavabı verilir və birdaha müraciət etmə haqları 6 aylıq əlindən alınır.

Şirkətdən həmçinin bildirilib ki, bu qadağa qonşu ölkələrdən Rusiya, Gürcüstan və Ukraniya vətəndaşları üçün keçərli deyil.

kommersant.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR