Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur

2023-04-26 17:54:00

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur

Sudanda mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu barədə Hurriyyet.az-a XİN-dən bildirilib. Qeyd edilib ki, hazırda Sudanda yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan vətəndaşının Türkiyənin dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.

Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur./Qafqazinfo/

Azərbaycanın Misirdəki Səfirliyinin qaynar xətti: +201010271387


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.638349