Şübhəli zənglər və mesajlar: Necə edək ki internetdə aldadılmayaq?

2022-06-18 10:21:00

Şübhəli zənglər və mesajlar: Necə edək ki internetdə aldadılmayaq?

“Biz internetin 5 faizini istifadə edirik, qalan 95 faizlik pay isə “darkweb”dir, yəni internetin qaranlıq üzü”.

Hurriyyet.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Kiber Təhlükəsizlik Platformasının təsisçisi və icraçı direktoru Şahin Əliyev deyib.

O izah edib:

“Günümüzün çox hissəsi sosial şəbəkələrdə keçir. Qlobal internet şəbəkəsində bu gün təhlükələr gün keçdikcə artır. Bunun əsas səbəbi internet şəbəkələrinin artımı və sürətli şəkildə inkişafıdır.

Ümumi internetə bağlanan bütün cihazların sayı nə qədər çox olarsa, kibercinayətkarlıq da o qədər çox olar.

Bizlər internetin 5 faizini istifadə edirik, qalan 95 faizlik pay isə “darkweb”in, yəni görünməyən üzünündür. Onun görünməyən üzündə olan təhlükə ilə hər birimiz qarşı-qarşıyayıq. Vətəndaşlara hər zaman internetdən düzgün istifadə qaydalarını öyrətməyə, maarifləndirməyə çalışırıq ki, bir gün belə bir təhlükə ilə qarşı-qarşıya qalsalar, nə etməli olduğunu bilsinlər".

Şahin Əliyev kiberhücumlardan söz açıb:

"Onları “hacker” dediyimiz insanlar edir. Hakerlər iki qrupa bölünürlər. “Etic hacker” mənim məşğul olduğum sahədir, yəni kibertəhlükəsizlik mütəxəssisliyi. Bir də var məqsədi hansısa bir saytı çökdürmək, sındırmaq və s. olan qrupun nümayəndələri. Onlar bəzəın siyasi hadisələrə müdaxilə etmək, iqtisadi balansı dəyişmək, hansısa müharibə aparan ölkənin internet şəbəkəsini gücləndirmək və yaxud iflic etmək məqsədi də güdür.

Ən çox rast gəlinən kiberhücumlardan biri “fishing”dir. Bu, sosial mühəndislik hücumları adlanır. İnsanların psixologiyasındakı boşluqları taparaq və ya onları sadəcə aldadaraq məlumat və ya maliyyə oğurluğu şəklində kiberhücumlar təşkil olunur.

Buna görə də, düzgün internet istifadəçisi olmalıyıq. Hazırda sosial şəbəkələrdə “fishing” hücum növlərində artım var. Çox vaxt saxta bank adlarından istifadə olunur. Yaxud hansısa bir aviaşirkətin bileti paylaşılır. Biletin nömrəsi, uçuş vaxtı və s. görünür. Həmin aviaşirkət adından sizə “uçuş ləğv olundu”, “uçuş ertələndi” kimi saxta məlumatlar göndərə bilərlər.

Ən çox istifadə olunan hücumların digəri banklardan gələn hədiyyə mesajları və yaxud zəngləridir. Sizdən kartınızın nömrəsi və yaxud pin kodunuz soruşulur, nömrənizə gələn kod vasitəsi ilə kartınıza müdaxilə olunur. 

Belə hallarla qarşılaşmamaq üçün hazırda kibercinayətkarlara qarşı mübarizədə çox sərt tədbirlər görülür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya