Saat:03:07
Haqqımızda

Su sayğacları mənzilin daxilində yerləşən abonentlərin NƏZƏRİNƏ!

2024-01-27 20:33:18

Su sayğacları mənzilin daxilində yerləşən abonentlərin NƏZƏRİNƏ!

Sayğacları mənzilin daxilində yerləşən abonentlər evdə olmadıqda və su təchizatı müəssisəsinin nümayəndəsi sayğaca baxış keçirə bilmədikdə faktiki işlətdiklərindən çox və ya az su sərfiyyatı yazılmış bildirişlər alırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında fikir ayrılıqları yaranır. Bəs əslində nə baş verir, belə halla qarşılaşan abonentlər nə etməlidir? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Modern.az-a açıqlamasında qeyd edib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən mexaniki su sayğacları mənzilin daxilində yerləşən abonentlərdə vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda orta aylıq sərfiyyata uyğun hesabat aparılır:

"Orta aylıq sərfiyyat son 12 ayda istifadə edilmiş su həcminə əsasən müəyyən edilir və buna uyğun olaraq faktura təqdim edilir. Növbəti ay həmin ünvanda faktiki sayğac göstəricisi oxunduqda insan amili olmadan informasiya sistemləri üzərindən proqramsal qaydada dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli 5 kubmetr artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda mənzildə 15 kubmetr su istifadə olunubsa, fakturada bu həcm avtomatik olaraq 10 kubmetr göstərilir. Başqa sözlə, ötən ay artıq hesablanmış 5 kubmetr sərfiyyat bu ay istifadə olunmuş sərfiyyatdan çıxılmaqla dürüstləşmə aparılır".

İş saatlarında evdə olmayan abonentlər real sərfiyyat uyğun bildiriş əldə etmək istəyirlərsə, “Azərsu” ASC tərəfindən təqdim olunan “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırlıması” elektron xidmətindən istifadə edə bilərlər.  

Bu zaman sayğacların şəklini çəkib, plomb və sayğac nömrəsini yazıb, digər tələb olunan məlumatları yerləşdirməklə, "Azərsu" ASC-nin saytı (www.azersu.az), Elektron su portalı (www.e-su.az), Elektron hökumət portalı (www.e-gov.az) üzərindən bu xidmətdən yararlanmaqla istifadə etdikləri suyun faktiki həcminə uyğun elektron faktura əldə edə bilərlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR