Saat:22:38
Haqqımızda

Su kanalı partladı, Suraxanıda evlər su altında qaldı - SAKİNLƏRİN MÜRACİƏTİNƏ BAXILMIR / VİDEO

2024-10-28 13:39:32

Su kanalı partladı, Suraxanıda evlər su altında qaldı - SAKİNLƏRİN MÜRACİƏTİNƏ BAXILMIR / VİDEO

Ağdam rayonu, Əfətli kənd sakini İbadov Elmin Silyan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi ydərc edirik:

“Mən, İbadov Elmin Silyan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 52 ünvanında yaşayıram. Kanal suyunun boru kəmərinə keçən hissəsinin partlaması nəticəsində evimiz su altında qalıb. Bu barədə Suraxanı rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə teleqram və ərizə göndərmişəm. Lakin indiyədək problemlə maraqlanan olmayıb".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib.

Aynurə İSMAYIL

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi dərc edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.312534